Donbasda daha iki ukraynalı əsgər yaralanıb

2018/07/630_360_1530860544-8117_1531564221.jpg
Oxunub: 3973     18:57     14 İyul 2018    
Ukraynanın şərqində davam edən döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin daha iki əsgəri yaralanıb.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində separatçı qüvvələr Donbasda 82 mm-lik minaatanlardan istifadə etməklə ümumilikdə 24 dəfə atəşkəs rejimini pozublar.

Separatçıların atəşi ilə iki əsgər yaralanaraq hospitala çatdırılıb. Ukrayna ordusunun cavab atəşi nəticəsində isə separatçılardan 4 nəfərin yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin