Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya hərbi mənbələri bildirib.
Qeyd olunub ki, yüzlərlə hərbçinin olduğu karvan bir neçə piyada döyüş maşını, hərbi nəqliyyat vasitələri, zirehli texnika və çox sayda ağır silahlardan ibarət olub.
Bildirilir ki, ordu qüvvələri bölgəni tam olaraq dörd bir tərəfdən mühasirəyə aldıqdan sonra ərazidəki "Hayat Təhrir Əş-Şam" terror qruplaşmasına bölgəni tərk etmək üçün 1 gün vaxt veriləcək. Daha sonra isə ordu sıra ilə Əl-Küneytrənin bütün şəhərlərinə daxil olacaq.
Dəyanət Ağalarlı
Ordu.az