Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müzakirələrdə Cənubi Koreya Müdafiə naziri Sonq Yunq-mu, ABŞ-dan isə ABŞ donanmasının komandanı Riçard Spenser iştirak edib.
Cənubi koreyalı nazir iki ölkə arasındakı səmimi və dürüst dialoqun davam etdirilməli olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər həm də ötən ay Tramp və Kim Çen In arasında baş tutan sammiti və keçən həftə Mayk Pompeonun Pxenyan səfərinin nəticələrini də müzakirə ediblər.
Cənubi Koreya Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, nümayəndələr iki ölkənin orduları arasında koordinasiyanın gücləndirilməsinin zəruri olduğunu qəbul ediblər.
Ağalar Ağalarlı
Ordu.az