Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, sülh danışıqlarının nəticəsi olaraq Suriya ordusu bu gün Deranın şimalındakı Əl-Mozəyrab şəhərinə daxil olub.
Belə ki, terrorçular 7 ildir ki, nəzarətdə saxladıqları şəhəri bir neçə gün öncə əldə edilən sülh razılığına əsasən heç bir qarşıdurma yaratmadan hökumət qüvvələrinə təhvil verib.
Məlumata görə, sülh danışıqlarına uyğun olaraq bu gün bölgədəki Ənxal və Kəfr Şəms şəhərləri də hökumət tərəfindən azad edilib.
Qeyd edək ki, adı çəkilən hər 3 şəhərdəki terrorçu qüvvələr bir neçə gün idi ki, Suriya ordusunun mühasirəsində idi.
Dəyanət Ağalarlı
Ordu.az