Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, konfransda Makron sammitin nəticələrini qiymətləndirib.
O, Trampın NATO üzvlərini ABŞ-ın NATO-dan çəkiləcəyi ilə təhdid etdiyinə dair yayılan iddialara toxunaraq bildirib ki, Tramp nə ona, nə də baş tutan ümumi görüşlərdə heç vaxt alyansdan çəkiləcəyini dilə gətirməyib.
Müttəfiq ölkələrin hədəflərinə nail olması və kollektiv təhlükəsizlik üçün NATO-nun etibarlı, modern və effektiv olmalı olduğunu ifadə edən Makron, NATO daxilində birliyin, sadəcə məsuliyyətin üzvlər arasında paylaşılması ilə mümkün ola biləcəyini bildirib.
Fransa prezidenti Donald Trampın daha güclü NATO istədiyini ifadə etməsi nəticəsində alyansın bu iki gündə daha da gücləndiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az