Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Dera bölgə rəhbərliyindən bildirilib.
Qeyd olunub ki, Azad Suriya Ordusu Deranın qərbində Hayt şəhəri yaxınlığında İŞİD-in bölgədəki qolu hesab edilən "Ceyş Xalid ibn Valid Ordusu” silahlı qruplaşması üzərinə hücum edib.
Hücum nəticəsində şəhərə nəzarət terrorçulardan Azad Suriya Ordusuna keçib.
Dəyanət Ağalarlı
Ordu.az