Suriya İsrail hücumunu dəf etdiyini iddia edir

2018/07/Снимок_1531391976.png
Oxunub: 538     19:08     12 İyul 2018    
Suriya HHQ İsrail qırıcıları tərəfindən Əl-Küneytrədə ordu mövqelərinə endirilən zərbələrin qarşının alındığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat Suriya Müdafiə Nazirliyindən yayılıb.

Yayılan xəbərlərdə qeyd olunub ki, ötən gün Colan təpələri yaxınlığında Hodor, Tel Kürüm və Cübə məntəqələrindəki Suriya hərbi bazalarının İsrail tərəfindən dağıdılması və çox sayda hərbçinin həlak olması ilə bağlı fikirlər gerçəklikləri əks etdirmir.

“Ötən gün İsrailin 28 ədəd F-15 və F-16 qırıcısı 3 hərbi bazamıza ümumilikdə 70 raket zərbəsi endirdi. Lakin bu zərbələrin bir çoxu elə havadaykən zərərsizləşdirildi. Bir neçə raket zərbəsi bazaya tuş gəlsə də, hərbçilərimizdən ölən və yaralanan yoxdur. Sadəcə olaraq bazalar müəyyən qədər maddi xəsarət alıb. Ordumuz hücumu uğurla dəf edib”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, İsrail tərəfi daha öncə hücum nəticəsində bazaların yerlə-yeksan edildiyini və çox sayda suriyalı hərbçinin öldürüldüyünü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İsrail   İddia  

Suriya İsrail hücumunu dəf etdiyini iddia edir

2018/07/Снимок_1531391976.png
Oxunub: 539     19:08     12 İyul 2018    