Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi "Twitter" hesabında qeyd olunub.
“Faydasız NATO hərbi bloku Brüsseldən bizi provokativ fəaliyyətlərdə ittiham edərək, dişlərini qıcayarkən, biz Dünya Çempionatını izləməyə hazırlaşırıq”, - deyə tvitdə deyilir.
Qeyd edək ki, NATO sammitində Rusiya təcavüzakar aktlar, siyasi məqsədlərə nail olmaq üçün gücdən istifadə və Avro-Atlantik təhlükəsizliyə təhdid meydana gətirməkdə ittiham olunub.
Ağalar Ağalarlı
Ordu.az