NATO yeni Baltik komandanlığı açacaq

2018/07/NATO-Hauptquartier-steht-in-Brüssel_1531380598.jpg
Oxunub: 370     15:28     12 İyul 2018    
NATO müttəfiqlərinin bir qrupu Baltik bölgəsini əhatə edəcək yeni regional komandanlığın yaradılmasına razılaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Brüsseldə davam edən sammitində qərar qəbul edilib.

Yeni Şimali Çoxmillətli Diviziya Komandanlığının yaradılmasına dair Danimarka, Latviya, Estoniya, Kanada, Böyük Britaniya və Litva saziş imzalayıb.

Regional çərçivədə fəaliyyət göstərəcək komandanlıq bölgədəki fəaliyyətlərə nəzarəti həyata keçirəcək. Komandanlıq tabeliyində 2-4 briqada olacaq. Onlar region üçün əməliyyatlar və təlimlərin koordinasiya edilməsini həyata keçirəcək.

Komandanlığın personalı bu ilin sentyabr ayından işə başlayacaq. Onun ilkin əməliyyat qabiliyyəti əldə etməsi 2019-cu ilin birinci yarısına, tam əməliyyat qabiliyyətinə nail olması isə 2020-ci ilin ortalarına proqnozlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Baltik-Komandanlığı  

NATO yeni Baltik komandanlığı açacaq

2018/07/NATO-Hauptquartier-steht-in-Brüssel_1531380598.jpg
Oxunub: 371     15:28     12 İyul 2018    