Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti və İsrail Baş naziri ötən gün bir araya gəlib.
Putin ikitərəfli əlaqələrin müzakirəsi zamanı qeyd edib ki, Moskva və Təl-Əviv arasındakı əməkdaşlığın gücləndirilməsi Yaxın Şərqdəki problemlərdə açar faktorlardan olacaq.
“Bizim ikitərəfli əlaqələrimiz gündən-günə daha da güclənməkdədir. Siyasi və hərbi əlaqələrin dərinləşdirilməsi və Yaxın Şərqdəki problemlərin həllində ortaq mövqe sərgiləməmiz problemlərdə əsas həlledici nüans olacaq”, - deyə Putin qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az