NATO toplantısında Tramp-Merkel qarşıdurması gözlənilirmi? – EKSPERT RƏYİ

2018/07/blog_zuma_trump_nato_1531332483.jpg
Oxunub: 1005     20:07     11 İyul 2018    
Bu gün 29-cu NATO Zirvə sammiti Belçika Krallığının paytaxtı Brüssel şəhərində iki günlük işinə başlayıb. Müttəfiq ölkələrin müzakirə edəcəyi əsas məsələnin müdafiə xərclərinin artırılmasından ibarət olacağı gözlənilir. Gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində keçirilən sammitin sona çatan kimi Helsinkidə ABŞ-Rusiya prezidentlərinin görüşünün keçiriləcəyi də diqqət çəkir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə sammitində iştirak etmək üçün Brüsselə səfər edib.

Liderlər alyansın müdafiə xərclərinin artırılması, müasir təhdidlərə çevik cavab reaksiyası, Avro-Atlantik məkanda əlaqələrin sabitliyi və gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

NATO baş katibi Yens Stoltenberq yüksək səviyyəli görüşlərin əsas vəzifələrini aşağıdakı kimi sadalayıb:

- Müdafiə və çəkindirmə imkanlarının gücləndirilməsi;
- Terrorçuluğa qarşı mübarizə;
- Maliyyə xərclərinin bölüşdürülməsi.

Stoltenberq, bu sammitdə gündəlikdə duran məsələlər üzrə müsbət nəticələr əldə olunacağına ümid etdiyini də bildirib.

Sammitdə liderlərin Transatlantik birliyin qlobal və regional sabitlik, terrorizmə qarşı mübarizə, Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi, NATO-nun müasirləşdirilməsi, müttəfiqlər arasında müdafiə və maliyyə xərclərinin bərabər paylanması və əməkdaşlığın dərinləşdirilməsi, ümumi demokratik dəyərlərin təsdiqi, Avro-Atlantik birliyin möhkəmləndirilməsinin təmin edilməsi və ittifaqın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri ilə bağlı müzakirələrin aparılacağı ehtimal olunur.

Sammitin ilk günündə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edib.

Zirvə toplantısının ikinci günündə NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçıları, Ukrayna və Gürcüstan prezidentləri ilə görüşəcək. Ukrayna prezidenti Petro Poroşenkonun, Stoltenberqlə ortaq bir bəyanatla çıxış etməsi gözlənilir. Sammit çərçivəsində, Əfqanıstandakı NATO missiyasına həsr olunan iclasın keçirilməsi də planlaşdırılıb.

Sammit, ABŞ prezidentinin Avropa ölkələrindən hərbi xərclərin ÜDM-in 2%-ə qədər artırılması tələbi ilə yadda qalacaq. ABŞ hərbi xərcləri UDM-in 3.7 %-ni təşkil etdiyi halda bəzi Avropa dövlətlərində bu rəqəmin 1%-dən də az olması qoca biznesmeni əsəbləşdirib. Məsələn Almaniyada bu rəqəm 1.2 %-dən çox deyil.

İranın nüvə razılaşması, Qüdsün paytaxt elan olunması məsələsində, Almaniya və digər, kifayət qədər zəngin dövlətlərin Rusiya ilə yaxınlaşması, Rusiyanın "Qazprom" şirkəti tərəfindən "Şimal Axını-2" layihəsinin Almaniyada təməlinin qoyulması və s. kimi kritik məsələlərdə Avropanın ABŞ-ı tək qoyması Trampın narazılığına səbəb olub. ABŞ-ın sanksiya tətbiq edərək iqtisadi cəhətdən zəiflətməyə çalışdığı ölkələrlə Avropanın əməkdaşlıq etməsi, dolayısı ilə bu ölkələrdən enerji daşıyıcıları alaraq onları maddi cəhətdən dəstəkləməsi, Trampın "Mən ABŞ vergi ödəyicilərinin vəsaiti ilə Avropanı iqdisadi dəstək verdiyiniz ölkələrdən qorumaq istəmirəm" deməsi ilə nəticələndi. Bu zirvə toplantısında da əsas məsələlərdən biri Avropa ölkələrinin NATO xərclərinə ayırdığı vəsaitin artırılmasından ibarət olacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: NATO   Tramp   Merkel  

NATO toplantısında Tramp-Merkel qarşıdurması gözlənilirmi? – EKSPERT RƏYİ

2018/07/blog_zuma_trump_nato_1531332483.jpg
Oxunub: 1006     20:07     11 İyul 2018    