Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 15 milyon dollar dəyərindəki müqavilə çərçivəsində “Lockheed” sözügedən raketdən müdafiə sistemlərinin 6.0 saylı təkmilləşdirmə proqramına lazımı avadanlıq və dəstək xidməti təmin edəcək.
Qeyd edək ki, “Aegis” sistemi ABŞ-ın Raketdən Müdafiə Agentliyinin dəniz komponentlərindən biridir. Hazırda ondan ABŞ donanmasının 33 gəmisində istifadə olunur.
Ağalar Ağalarlı
Ordu.az