"ABŞ-ın Suriya ilə bağlı dəqiq strategiyası yoxdur" – Şoyqu

2018/07/20180320-018_1531315561.jpg
Oxunub: 778     21:28     11 İyul 2018    
Rusiya Müdafiə naziri Sergey Şoyqu ABŞ-ı Suriya məsələsində qərarsızlıqda günahlandırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, nazir ABŞ-ın heç bir mülki dəstək kampaniyalarında iştirak etmədiyini əsas gətirərək Vaşinqtonu kəskin şəkildə ittiham edib.

"Hazırda ABŞ özü belə Suriyada nə istədiyini bilmir. Əgər bizim Vaşinqtondakı həmkarlarımızın hər hansısa standartları və prinsipləri olsaydı, onda biz münaqişənin tez bir zamanda həllinə ümid edə bilərdik. Lakin bu ana qədər yaşanılanlardan onu deyə bilərik ki, münaqişənin həlli hələlik çox zaman aparacaq. ABŞ-ın heç bir humanitar dəstək aksiyalarında var olmaması, daima hərb yolunu seçməsi, terrorçu qruplaşmaları silahlandırması və s. bizə onu göstərir ki, ABŞ-ın Suriya ilə bağlı münaqişənin həlli istiqamətində dəqiq strategiyası yoxdur”, - deyə Şoyqu qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Suriya  

"ABŞ-ın Suriya ilə bağlı dəqiq strategiyası yoxdur" – Şoyqu

2018/07/20180320-018_1531315561.jpg
Oxunub: 779     21:28     11 İyul 2018    