“ABŞ Avropada daha çox hərbi qüvvə saxlamalıdır” – ABŞ generalı

2018/07/40091080_303_1530959224.jpg
Oxunub: 2745     18:29     07 İyul 2018    
"ABŞ-ın Rusiya ilə rəqabət içində olduğu bir dövrdə Avropada daha çox hərbi qüvvə saxlamağa ehtiyacı var".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ehtiyatda olan hərbçisi general Filip Bridlav bildirib.

O qeyd edib ki, hazırda Trampın sərgilədiyi siyasət Avropanı ciddi təzyiq altına salır.

“Bu məsələlərdə Avropanın üzərinə bu qədər gedilməsi qarşı tərəfdə ciddi ikrah hissi doğura bilər. Əgər Avropa tələblərə cavab verməyib hərbi xərclərini artırmasa və nəticədə münasibətlər gərginləşsə, onda ABŞ da buna cavab olaraq öz hərbi xərclərini azaltmaq yolunu getməlidir. Bu halda ilkin olaraq Avropadakı ABŞ hərbi qüvvələri çıxarılmalı olacaq. Bu isə olduqca təhlükəlidir. Rusiya ilə kəskin mübarizə dönəmində olduğumz bir vaxtda bizim Avropada daha çox hərbi qüvvə saxlamağa ehtiyacımız var. Ona görə də nələrisə qurban verməliyik”, - deyə general bildirib.

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp ölkəsinin Avropanın hərbi təhlükəsizliyini çiyinlərində daşımaq kimi bir öhdəliyinin olmadığını bildirib və qitədəki bütün hərbi qüvvələrin çıxarıla biləcəyi ilə Avropa ölkələrini təhdid edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Rusiya  


Bizi "telegram"da izləyin