Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat ötən gün Pentaqonun mətbuat xidmətindən yayılıb.
Xəbərdə qeyd olunub ki, nazir NATO sammitində iştirak etdikdən sonra 13 iyul tarixində Xorvatiyanın paytaxtı Zaqrebə səfər edəcək. O, burada ABŞ-ın Adriatik dənizindəki hərbi nümayəndə heyəti ilə, həmçinin Xorvatiya müdafiə naziri ilə görüşlər həyata keçirəcək. Xorvatiyaya səfərdə cənub-şərqi Avropanın hərbi təhlükəsizliyi ilə bağlı müzakirələrin aparılacağı bildirilir.
Bundan sonra isə Mettisin Norveçin paytaxtı Oslonu ziyarət etməsi gözlənilir. Burada Mettis Norveç Müdafiə naziri Frank Bakke-Yensen və Xarici İşlər naziri İne Eriksen Soreyde ilə ikitərəfli görüşlər keçirəcək.
Dəyanət Ağalarlı
Ordu.az