Yaponiya ən böyük döyüş gəmisini Cənubi Çin dənizinə göndərir

2018/07/4564584154645_1530800320.jpg
Oxunub: 2896     22:35     05 İyul 2018    
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri özünün ən böyük helikopterdaşıyıcı gəmisi “JS Kaga” gəmisini iki aylığına Cənubi Çin dənizi və Hind okeanına göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “JS Kaga” sentyabr ayından başlayaraq iki ay ərzində həmin bölgələrdə patrul reydləri həyata keçirəcək.

Qeyd edək ki, artıq ikinci ildir ki, Yaponiya öz döyüş gəmisini mübahisəli sulara göndərir. Ötən il “JS Izumo” gəmisi və “Takanami” esminesi ABŞ donanması ilə birlikdə Cənubi Çin dənizində 3 günlük təlimdə iştirak edib.

Bu dəfə bölgəyə göndərilən 248 metr uzunluğa sahib “JS Kaga” 27 min ton yük götürmə qabiliyyətinə malikdir. O, ötən il istifadəyə verilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Cənubi-Çin-Dənizi   ABŞ  


Bizi "telegram"da izləyin