NATO-nun sualtı gəmi əleyhinə müharibə təlimlərindən FOTOLAR
Oxunub: 2897
23:21
05 İyul 2018
Bu il üçün NATO-nun ən böyük sualtı gəmi əleyhinə müharibə təlimi Norveçin şimalındakı Harstad və Narvik yaxınlığında baş tutub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimin məqsədi bütün iştirakçılara düşmənin sualtı gəmilərinin üzə çıxarılması və məhv edilməsi üzrə kompleks və mürəkkəb müharibə təlimini təmin etməkdir.
Təlimdə Norveçlə yanaşı, Danimarka, Almaniya, Polşa, Niderland, İspaniya, Türkiyə və Birləşmiş Ştatlardan hərbçilər iştirak edib. Təlim iyunun 26-da başlayıb və sabah başa çatacaq.