ABŞ və Fransa qüvvələrindən ibarət hərbi karvan Rəqanın əl-Tabaqa bölgəsindəki aviabazaya göndərilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rəqqanın qərbindəki yerli mənbələr bildiriblər.
Məlumata görə, karvanda hərbi ləvazimatla dolu 7 ədəd yük maşını olub. Onların bölgədə çıxan qarşıdurmalarda YPG-yə dəstək məqsədilə bazaya aparıldığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İraq
Rəqqa
ABŞ
Fransa