Türkiyə hərbi karvanı Suriyaya sərhədlərinə göndərilib

2018/07/Снимок_1530798599.png
Oxunub: 1757     21:31     05 İyul 2018    
Türkiyəyə məxsus daha bir hərbi karvan ordunun Afrin bölgəsindəki bölmələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Suriya sərhədlərinə göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi karvan Şanlıurfa və Qaziantep bölgələrindəki bölmələrdən formalaşdırılıb.

Məsələ ilə bağlı Türkiyə Müdafiə Nazirliyindən bildirilən məlumatda qeyd olunub ki, göndərilən hərbi karvan 30 ədəd zirehli texnika və personal daşıyıcı maşından ibarətdir.

Həmçinin bildirilib ki, 100-dən çox hərbçidən ibarət olan karvan Suriya ilə sərhəddi keçməyəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hərbi-Karvan  


Bizi "telegram"da izləyin