Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin direktoru Qulam Cilani Fərəhi bildirib.
O qeyd edib ki, təhlükəsizlik orqanı kəşfiyyat idarəsinin verdiyi məlumatlara əsaslanaraq Qələt şəhərində silsilə terror aktları törətmək istəyən kamikadzelərə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində şəhərin müxtəlif bölgələrində 3 terrorçu məhv edilib, daha 2-si isə yaralanaraq ələ keçib.
Qeyd edək ki, terrorçular şəhərin mülki əhalinin sıx toplaşdığı müxtəlif bölgələrində kamikadze hücumları həyata keçirməyi planlaşdırıb.
Dəyanət Ağalarlı
Ordu.az