Ordu.az TASS-a istinadən xəbər verir ki, görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi müzakirə ediləcək.
Bundan başqa Tokio Moskvanın diqqətini Kuril adalarındakı hərbi təlimlərə çəkməyə çalışacaq. Rusiya öz torpağı olduğundan dolayı Kurildə istədiyi addımı atmağı özünün hüququ olaraq görsə də, Yaponiya bununla razılaşmır.
Bu mövzulara əlavə olaraq nazirlərin görüşdə Tokio tərəfindən “Aegis Ashore” raketdən müdafiə sistemlərini almasını da müzakirə etməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az