Əfqanıstan ordusundan əməliyyat: 5 “Taliban” üzvü saxlanılıb

2018/07/458945105646848_1530796035.jpg
Oxunub: 2932     20:07     05 İyul 2018    
Əfqanıstan ordusu bu gün Bamyan bölgəsində əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ordu üzvü polkovnik Həmidullah Xudayi bildirib.

O qeyd edib ki, bu gün səhər saatlarında ordu Bamyan bölgəsinin Kumard şəhəri yaxınlığında “Taliban” birliklərini mühasirəyə alıb.

Həyata keçirilən əməliyyat nəticəsində aralarında “Taliban”ın önəmli fiquru Qari Cəlilin də olduğu 5 üzv ələ keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terrola-Mübarizə  


Bizi "telegram"da izləyin