ABŞ ordusu Fars körfəzindən neft daşınmalarının təhlükəsizliyinə zəmanət verib

2018/07/thumbs_b_c_18fc00844432098f445d3b7f0d8038c7_1530790583.jpg
Oxunub: 3622     19:28     05 İyul 2018    
İranın Hörmüz boğazını neft tankerlərinə bağlama təhdidindən sonra ABŞ ordusu buradan edilən daşınmaların təhlükəsizliyinə zəmanət verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığının mətbuat katibi kapitan Bill Urban danışıb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun vitse-komandiri İsmail Kuthari Hörmüz boğazından neft daşınmalarının bloklanması ilə ABŞ-ı təhdid edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: abş   İran   Fars-Körfəzi  


Bizi "telegram"da izləyin