Türkiyə dron əleyhinə yeni sistem hazırlayıb

2018/07/18498412514581485_1530609606.jpg
Oxunub: 4338     17:59     03 İyul 2018    
Türkiyə müdafiə sənayesində fərqli sahələr üzrə ixtisaslaşan firmaların əməkdaşlığı ilə dron təhdidlərini aradan qaldırma istiqamətində yeni sistem ərsəyə gətirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməkdaşlıq çərçivəsində Kapan Dron əleyhinə Müdafiə sistemi təkmilləşdirilib.

Sözügedən sistemdəki “Retinar OPUS” radarı ilkin olaraq dronu aşkarlayır. Təsbit edildikdən sonra izlənməsinə başlanan hədəf, eyni radarın termal/gündüz kameraları ilə müəyyən edilir.

Onun həssas nöqtələri aydınlaşdırılır. Qorunmaq istənilən bölgənin xüsusiyyətlərinə əsasən birdən çox “Retinar OPUS” sistemi istifadə edilə bilər.

Sistem “sürü dronlar”a qarşı da təsirlidir. O? 2?5 kilometr məsafədən dronları aşkarlaya, 500 metrdən isə məhv edə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dron   kapan  


Bizi "telegram"da izləyin