Tank əleyhinə raket bazarının analizi və proqnozlar

2018/07/345_1530538626.jpg
Oxunub: 2938     01:35     03 İyul 2018    
2016-cı ildə tank əleyhinə raket bazarının qlobal həcmi 8 milyard 377 milyon dollar olub. Bu bazarın qarşıdakı dövrdə illik 4,25% böyüyəcəyi ehtimal edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bazar payı olaraq əsasən maşın üzərinə yerləşdirilmiş və danışnabilən qollara ayrılır.

Onlardan daşınabilən raketlər 2016-cı ildə daha böyük paya sahib olub və bazarın 68%-ni, daha dəqiq desək, 5 milyard 696 milyon dollarını özündə birləşdirib. Daşınabilən tank əleyhinə raketlər canlı qüvvəni, stasionar və mobil zirehli vasitələri dağıtmaq üçün nəzərdə tutulur. Onlardan ən məşhurları sırasında “Spike”, “Type 01 LMAT”, “Javelin” və FGM-148-i misal göstərmək olar.

Maşın üzərinə quraşdırılan raketlər bazarda ikincidir. Bazar həcmi 2 milyard 680 milyon dollara bərabər olan bu sistemlər quru və hava vasitələrini aşkarlamağa, nişan almağa, hədəfə raket atmağa, izləməyə və dağıtmağa qadirdir. Onların qarşıdakı dövrdə illik 3, 90% böyüməsi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TƏİRK   Bazar  


Bizi "telegram"da izləyin