Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu maşınlar iti manevr xüsusiyyətinə sahib olacaqlar.
“Bradley”in istehsalçısı “BAE Systems” bildirib ki, maşının A5 versiyasının 3 mərhələli şəkildə aparılan istehsal proqramının ilk 2 mərhələsi yekunlaşdırılıb.
"İlkin mərhələdə maşınların A4 versiyasına nisbətdə enerji gücünün daha da artırılması məqsədilə addımlar atılmış, ikinci mərhələdə isə lazer sisteməri və müasir texniki avadanlıqlar əlavə edilmişdir", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, hazırda layihənin yekun mərhələsi olan dron əlehinə raket vasitələrinin quraşdırılması üzərində işlər aparılır.
Dəyanət Ağalarlı
Ordu.az