“Transformer”lər tezliklə döyüş meydanında görünə bilər

2018/06/123_1529932524.png
Oxunub: 3111     01:32     26 İyun 2018    
“Transformer”lərin sahib olduğu imkanlara malik texnoloji cəhətdən olduqca qabaqcıl ən yeni döyüş vasitələri tezliklə döyüş meydanına qatıla bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu döyüş vasitələrin sahib olacağı üstünlüklərə forma dəyişdirən təkərlər, avtonom idarəetmə və virtual pəncərələri aid etmək olar.

ABŞ-ın Müdafiə Qabaqcıl Tədqiqat Layihələr Agentliyi (DARPA) təzəlikcə yeni məhv edici nailiyyətlərini nümayiş etdirib. Bunlardan biri də hərəkət halında ikən dəyirmi təkərlərini bir neçə saniyə ərzində üçbucaq formaya salan vasitədir. Bu vasitənin ABŞ-ın “Humvee” maşınlarına inteqrasiya edilməsi planlaşdırılır.

Bu mexanizm Karnegi Mello Universitetinin Milli Robot Mühəndislik Mərkəzinin komandası tərəfindən təkmilləşdirilib. Bu vasitə may ayında ABŞ QQ-nin Aberden Sınaq Mərkəzində nümayiş edilən ən yeni vasitələrdən biridir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Transformer   Humvee  


Bizi "telegram"da izləyin