DRDO "Pinaka"nı idarəolunan raketə çevirəcək

2018/06/missile-copy_1529047995.jpg
Oxunub: 2143     15:31     15 İyun 2018    
Hindistanın Müdafiə Tədqiqatları və Təkmilləşdirmə Təşkilatı "Pinaka" raket sistemini idarəolunan raketə çevirmək üzrə işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə DRDO-nun Silah Tədqiqatı və Təkmilləşdirmə Qurumunun sədri K. M. Racan bildirib.

Onun sözlərinə görə, raket ilkin sınaqlarını artıq başa vurub, təkmilləşdirilmədən sonrakı sınaqlar isə gələn ay baş tutacaq. Silahın orduya qarşıdakı iki il ərzində təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 70-80 kilometr mənzilə sahib "Pinaka" cəmi 44 saniyədə 12 raket ata bilməsi ilə məşhurdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DRDO   Pinaka  


Bizi "telegram"da izləyin