“Raytheon” ABŞ ordusuna məxsus helikopterləri modernizasiya edəcək

2018/06/h-60-knighthawk-helicopter-hc-3-navy-photo-print-5_1528224733.jpg
Oxunub: 3672     02:52     06 İyun 2018    
ABŞ-ın “Raytheon” korporasiyası ilə Pentaqon arasında H-60 model helikopterlərin təmiri ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi ilə Texas Ştatında yerləşən hərbi sənaye şirkəti olan “Raytheon” arasında H-60 model helikopterlərin təmiri ilə bağlı yekun razılıq əldə olunub.

Müqaviləyə əsasən şirkət ABŞ ordusunun sərəncamındakı sözügedən helikopterlərin təmirini həyata keçirəcək. Belə ki, 2019-cu ilin yanvar ayına kimi tamamlanması planlaşdırılan layihə Floridada həyata keçiriləcək.

Onu da qeyd edək ki, layihə üçün ayrılan 14,6 milyon dollar 2018-ci maliyyə ili üçün nəzərdə tutulmuş dövlət büdcəsindən ödənəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   helikopter  


Bizi "telegram"da izləyin