İordaniya köhnə “Cobra”ları modernizasiya edəcək

2018/06/34452533_2161070887458569_6783980627344490496_n_1528219962.jpg
Oxunub: 2994     01:39     06 İyun 2018    
İordaniya köhnə AH-1F “Cobra” helikopterlərini yeni standartlara uyğunlaşdırma istiqamətində modernizasiya işləri həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, modernizasiya nəticəsində həmin helikopterlər özünün sonuncu versiyası olan AH-1Z ilə böyük ölçüdə eyni xüsusiyyətlərə malik olacaqlar.

İordaniya Hərbi Hava Qüvvələri bu ilin mayında baş tutan Xüsusi Əməliyyat Qüvvələri Sərgisində modifikasiya edilmiş helikopterlərindən birini nümayiş etdirib.

İordaniya daha 12 ədəd AH-1F helikopterini yeniləməyi planlaşdırır. O eyni zamanda helikopterlərin E və F modellərini də xidmətə əlavə edəcək. 2015-ci ildə İsraildən “Cobra”nın müxtəlif modellərindən olmaqla 16 helikopter sifariş edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya   kobra   helikopter  


Bizi "telegram"da izləyin