Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabahdan etibarən başlayacaq təlimər iyunun 16-a qədər davam edəcək.
ABŞ-ın Sakit okeanda yerləşən Quam adasının sahillərində baş tutacaq təlimlərdə Hindistanda 3 gəminin iştirak edəcəyi açıqlanıb. Artıq yola düşən gəmilərin sabah Quama çatması planlaşdırılır.
Bu il 22-ci dəfə keçirilən “Malabar – 2018” ilk dəfədir ki, Quam adası yaxınlığında baş tutacaq. Sonuncu təlim ötən ilin iyulunda Hindistanın şərqindəki Çennay sahillərində keçirilib.
Ağalar Ağalarlı
Ordu.az