“Northrop” ballistik raket radarlarına dair müqavilə imzalayıb

2018/06/received_2554980218061464_1528217972.jpeg
Oxunub: 2733     00:51     06 İyun 2018    
“Northrop Grumman” Pentaqonla ballistik raket radar detektor xidmətləri və dəstəyinə dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə çərçivəsində şirkət ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə olan çoxsaylı radar sistemlərinə modifikasiya və təmir xidmətləri göstərəcək. Bu radarlar düşmənin ballistik raketlərini öncədən təsbit edərək xəbərdarlıq siqnalı verir.

Məlumata görə, müqavilənin dəyəri 866 milyon dollardır. Müqavilədə nəzərdə tutulan işlərin Koloradoda həyata keçirilməsi və 2023-cü ilin may ayında tamamlanması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumman   ABŞ  


Bizi "telegram"da izləyin