Netanyahuya hücumun planlaşdırıldığı terror yatağı məhv edilib

2018/06/34672573_2554980004728152_4188701133557989376_n_1528207123.jpg
Oxunub: 3476     23:14     05 İyun 2018    
İsrail təhlükəsizlik qüvvələri Baş nazir Benyamin Netanyahuya hücumun planlaşdırıldığı terror hücrəsini məhv edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Şin Bet daxili təhlükəsizlik agentliyi məlumat yayıb.

Məlumata görə, aparılan kəşfiyyat əməliyyatı nəticəsində hücrədə yığışan şəbəkələşmiş terrorçu qrupun başda Netanyahu olmaqla bir çox önəmli hədəflərə qarşı terror hücumu planlaşdırdığı aydın olub.

Onların yeri müəyyənləşdirildikdən sonra təhlükəsizlik qüvvələri əraziyə hücum edərək terrorçuları zərərsizləşdirib. İddialara görə, terrorçuların hədəfində olan digər şəxslər Qüdsün meri Nir Barkat, ABŞ-ın Konsulluğu və Kanadanın Qüdsdəki nümayəndələri olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Terror   Netanyahu  


Bizi "telegram"da izləyin