Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Müstəşarı İsmayıl Dəmir bildirib.
Onun sözlərinə görə, IFF sistemərinin və Rəqəmsal Kommunikasiya Şəbəkəsinin istehsalına dair ASELSAN Müdafiə Sənayesi Müstəşarlığı ilə müqavilə imzalayıb.
Dəmir müqavilənin dəyərinin 1,5 milyard lirə olduğunu və hər iki layihənin Türkiyə üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
O bildirib ki, Rəqəmsal Kommunikasiya Şəbəkəsi layihəsi təhlükəsizlik qüvvələrinin kommunikasiya ehtiyaclarının qarşılanması məqsədi güdür.
Ağalar Ağalarlı
Ordu.az