“Leonardo” hava təhlükəsizliyi üçün nəzərdə tutulan "BriteCloud"u təqdim edib

2018/06/469879646_1528206435.jpg
Oxunub: 2899     21:46     05 İyun 2018    
İtaliyanın müdafiə şirkəti olan “Leonardo” hərbi nəqliyyat təyyarələrinin mühafizəsi üçün nəzərdə tutulan yeni qabaqcıl texnologiyasını nümayiş etdirib.

Ordu.az kompaniyanın rəsmi saytına istinadən xəbər verir ki, birdəfəlik istifadə üçün nəzərdə tutulan sursat təyyarələri radar idarəolunan raketlərdən müdafiə edəcək.

Kompaniyanın bəyanatına görə, “BriteCloud” 55-T adı verilən sursat Birləşmiş Krallıqda hazırlanıb. O, öz növünə görə, dünyada ilkdir.

55-T “Leonardo”nun C27-J, C-130, KC-390 və A400M kimi böyük hərbi təyyarələrini müasir radarla idarəolunan raketlərdən müdafiə etməyə qadirdir. O, hazırda hazırlığın sonuncu mərhələsindədir və 2019-cu ilin əvvəllərində istifadəyə veriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   BriteCloud   55-T  


Bizi "telegram"da izləyin