“Al-Masdar”: Türkiyə Kandil əməliyyatına başlaya bilər

2018/06/5345_1528201541.jpg
Oxunub: 3633     20:24     05 İyun 2018    
Türkiyə Silahlı Qüvvələri tezliklə İraqın Kandil dağlarının PKK terrorçularından təmzilənməsi əməliyyatına başlaya bilər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər naziri Suleyman Soylu danışıb.

Xatırladaq ki, Soylu daha öncə etdiyi açıqlamasında Türkiyə əsgərlərinin Kandildən artıq çox uzaq olmadığını vurğulayıb.

Qeyd edək ki, PKK terror təşkilatının əsas mərkəzi İraqın Kandil dağlarında yerləşir. Bura həm də İraqın İranla sərhədlərinə yaxındır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kandil   PKK   Türkiyə-Ordusu  


Bizi "telegram"da izləyin