Hindistan MN: Hərbi xərclər 2017-18-ci maliyyə ilində ən yüksək mərhələyə qalxıb

2018/06/234234_1528200136.jpg
Oxunub: 3555     20:00     05 İyun 2018    
Hindistan Müdafiə naziri Nirmala Sitharaman silahlı qüvvələrin maliyyə və silah-sursat əksikliyindən əziyyət çəkməsinə dair məlumatları təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sitharaman bu iddiaların heç bir ciddi əsasa söykənmədiyini bəyan edib.

Nazir müdafiə xərclərinin hər zaman yüksələn xətti izlədiyini və ordunun maliyyələşdirilməsinin ara verilmədən həyata keçirildiyini qeyd edib.

Sitharaman 2013-2014-cü maliyyə ilindən etibarən hər il xərclənən müdafiə büdcəsini müqayisə edərək bildirib ki, xərclər 2017-18-ci maliyyə ilində ən yüksək mərhələyə qalxıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin