İsrail dünya liderlərini İrana qarşı hərbi koalisiya qurmağa çağırıb

2018/06/149849484_1528195281.jpg
Oxunub: 2175     18:30     05 İyun 2018    
İsrail İranın hərbi məqsədlərlə uranın zənginləşdirilməsinə davam edəcəyi təqdirdə dünya liderlərinni hərbi koalisiya qurulmasına çağırıb.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Kəşfiyyat naziri Yisrail Katz danışıb.

Katz Tehranın “sənaye səviyyəsində” uranın zənginləşdirilməsinə yenidən başlaya biləcəyinə dair xəbərdarlıq edib.

“Əgər iranlılar indi təslim olmayıb yenidən uranın zənginləşdirilməsinə cəhd etsələr, Birləşmiş Ştatların prezidenti və onun qərb müttəfiqləri hərbi koalisiyada birləşməlidirlər. Ərəb dövlətləri və İsrail də bu koalisiya da olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu dünəndən etibarən Avropaya üç günlük səfərə başlayıb.O, yola düşməzdən əvvəl İranın regional fəaliyyətlərini və nüvə proqramını müzakirə edəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   nüvə  


Bizi "telegram"da izləyin