NATO Danimarkanın şərqindəki "açar" radara yatırım edəcək

2018/06/435345_1528188428.jpg
Oxunub: 2979     17:52     05 İyun 2018    
NATO gələn il Danimarka Hərbi Hava Qüvvələrinin Almindingendəki radar təsisatına vəsait ayıracaq.

Ordu.az "Sputnik"ə istinadən xəbər verir ki, Danimarkanın uzaq şərqindəki Bornholm adasında yerləşən təsisat NATO-nun Rusiyanı izləmək üçün ən əhəmiyyətli vasitəsi kimi tanınır.

470 kilometr radiusa malik radar, hazırda Baltik dənizinin böyük hissəsində hava nəzarəti həyata keçirir.

Radarın və Bornholm adasının əhəmiyyəti onun yerləşdiyi coğrafi mövqe ilə əlaqələndirilir. O, İsveçin cənubu, Almaniyanın şimal-şərqi və Polşanın şimalında yerləşir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Danimarka  


Bizi "telegram"da izləyin