Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ilin mart ayında şübhəli şəxs kimi saxlanılan 32 yaşlı ABŞ vətəndaşı Vladimir Nevidomi barəsində hökm oxunub.
Məhkəmə qərarına əsasən, o, 26 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2013-cü ildə Nevidominin Rusiya xüsusi xidmət orqanlarına qeyri-qanuni şəkildə tüfənglər və termal monokulyarların ixracını həyata keçirdiyi aşkar edilib.
Dəyanət Ağalarlı
Ordu.az