“The Hill”: Trampın tariflərinin müdafiə sənayesinə təsirindən danışmaq çox tezdir

2018/06/23432_1527839363.jpg
Oxunub: 2187     15:56     01 İyun 2018    
ABŞ prezidenti Donald Trampın bu ilin əvvəlində qəbul etdiyi yeni tarif şərtlərinin müdafiə sənayesinə təsirindən danışmaq üçün erkəndir.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu fikirləri Pentaqonun mətbuat katibi Dana Vayt bildirib.

“Zənnimcə bu tariflərin hansı təsir göstərəcəyindən əmin olmaq üçün bir qədər də gözləməliyik. Müdafiə nazirinin bəyanı olduğu kimi qalır, lakin bu barədə dəqiq bir söz söyləmək üçün çox tezdir”, - deyə Vayt söyləyib.

Xatırladaq ki, ABŞ Müdafiə naziri Ceyms Mettis fevral ayında bu məsələyə münasibət bildirərək, yeni tariflərin müttəfiq ölkələrlə əlaqələri pisləşdirərək Amerikanın milli təhlükəsizliyinə ziyan verəcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin