Liviya ordusu hərbi bazaya silahlı hücumun qarşısını alıb

2018/06/4984645_1527830745.jpg
Oxunub: 4196     13:26     01 İyun 2018    
General Xəlifə Həftərin rəhbərliyindəki Liviya ordu qüvvələri ölkənin cənubundakı Tamanhant hərbi bazasına silahlı hücumu dəf etməyə nail olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordunun cənub hərbi dairəsinin rəsmisi kapitan Adil Kairi bildirib.

Onun sözlərinə görə, Liviya quru qoşunlarının 116-cı piyada alayı bu səhər terrorçuların hərbi bazaya planlaşdırdığı hücuma əngəl olub. Terrorçular bir neçə zirehli texnika ilə hücum etməyə çalışıblar.

Kairi bildirib ki, silahlıların Benqazi Müdafiə Briqadası ilə əlaqəli olduğu ehtimal edilir. Həmin briqada ölkənin cənub səhralıq zonasında aktiv fəaliyyət göstərirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Tamanhant   Terror  


Bizi "telegram"da izləyin