Ermənistanda aprel döyüşləri əlilini təqaüddən mərhum ediblər

2018/05/6546_1527774423.jpg
Oxunub: 3961     01:31     01 İyun 2018    
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşləri iştirakçısı, 1997-ci il təvəllüdlü Arman Stepanyanı əlillik dərəcəsindən və təqaüddən mərhum ediblər.

Məlumata görə, 2016-cı ildə 3 ay hərbi xidmətdən sonra aprel döyüşlərində mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edən Stepanyan nəticədə əlil olub.

Ağır yaralanan və helikopterlə İrəvana aparılan Stepanyana cərahiyyə əməliyyatından sonra 3-cü qrup əlillik dərəcəsi verilib.

2017-ci ildə tibbi müayinədən sonra, 2018-ci ilin mart ayında aparılan təkrar müayinə zamanı üzün müddətli müalicədən sonra ona əlillik dərəcəsinin düşmədiyi bildirilib.

Hazırda o, anası ilə bərabər kirayədə yaşayır. Anası gündəlik tələbatlarını ödəyə bilmədiklərini, çörəyə ehtiyacları olduğunu bildirib.

Ermənistanın əmək və sosial müdafiəsi nazirliyindən, müalicə və müayinə nəticəsində əmək qabiliyyətinin bərpa olunduğuna görə Arman Stepanyana əlillik dərəcəsinin təyin edilmədiyi və təqaüdünün dayandırıldığı barədə məlumat verilib. Nazirlik nümayəndəsi onun şikayətinə təkrar baxıldığını və əlillik dərəcəsinin dayandırılması barədə qərarın yenidən təsdiqləndiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Erməni-hərbçi   Etiraz  


Bizi "telegram"da izləyin