Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Rayed Krimli səsləndirib.
“Sputnik”ə verdiyi müsahibəsində S-400-lərin alınması məsələsinə toxunan səfir texniki detallar üzərində işin bitməsilə müqavilənin icrasına başlanacağını qeyd edib.
“Biz kralın səfəri zamanı müqavilə imzaladıq və indi onun tətbiqi üçün sadəcə sistemlərinin ötürülməsinə dair texniki məsələlər həll edilməlidir. Hər iki tərəfdən ekspertlər bunun üzərində işləyir”, - deyə Krimli bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Əl-Səud ötən il Rusiyaya səfər edib. Səfər zamanı o, S-400 havadan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.
Ağalar Ağalarlı
Ordu.az