Kanada MN əlavə AW-101 helikopterləri almaq niyyətindədir

2018/05/2494-AW-101_1527769685.jpg
Oxunub: 4327     20:26     31 May 2018    
Kanada axtarış-xilasetmə işlərinin həyata keçirilməsi çün helikopter parkını genişləndirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kanada silahlanmada olan 14 ədəd CH-149 “Cormorant” helikopterlərini modernləşdirməyi, o cümlədən 7 ədəd yeni AW-101 helikopteri əldə etməyi planlaşdırır.

Yeni helikopterlərin əldə edilməsi Cənubi Ontarioda yerləşən Trenton bazası da daxil olmaqla Kanada Hərbi Hava Qüvvələrinin bütün 4 əsas bazasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsinə imkan yaradacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   AW-101  


Bizi "telegram"da izləyin