Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar Suriya ordusunun bölgədə həyata keçiriləcək geniş miqyaslı əməliyyata hazırlıq məqsədilə əlavə qüvvə cəmlənməsindən sonra qəbul edilib.
Eyni zamanda ordunun Deraya çox sayda hərbi texnikanın müşayiəti ilə birlikdə geniş canlı qüvvə yerləşdirdiyi bildirilir.
Hökumət qüvvələrinin nümayəndəsi bölgəyə nəzarətin orduya ötürülməsi üzrə danışıqların uğursuz olması halında ərazidə terrorçulara qarşı yeni əməliyyatın başladılacağını vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az