Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı və onların müasir vasitələrlə təchizatı, ən əsası – Rusiya əsgərlərinin kişilik və dəyanəti Rusiya suverenliyi və müstəqilliyinin müdafiəsi, onun milli maraqları və təhlükəsizliyinin təminatı, qlobal balans və planetdə sülhün qarantıdır”, - deyə Putin bildirib.
O qeyd edib ki, nüvə triadasının möhkəmləndirilməsi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Donanması, bütün növ qoşunların inkişafı və silah sistemlərinin təkmilləşdirilməsi Rusiya ordusunun prioritetləridir.
Ağalar Qəribov
Ordu.az