"Vladimir-Putin" sözünə uyğun 619 nəticə tapıldı!

“Past”: Ermənistan ətrafında halqa daralır

2019/06/98432-1561533943.jpg
Oxunub: 415     14:23     26 İyun 2019    
“Yuxarı Lars keçid məntəqəsi bağlanarsa, Ermənistan iqtisadiyyatının “axan damarı” kəsilə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, baş verənlər ayıq-sayıq olmağı, təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olmağa tələb edir.

“Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının növbəti iclası keçirildi. O bildirib ki, Təhlükəsizlik Şurasının keçən iclasından sonra Ermənistan ətrafındakı təhlükəsizlik vəziyyəti azalmayıb, əksinə ətrafında müəyyən proseslər baş verib.

Baş verənlər ayıq-sayıq olmağı, təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olmağa tələb edir. Paşinyan Təhlükəsizlik Şurasının keçirilən iclasında bölgəyə dair vəziyyətlə bağlı məsələlərin də müzakirə ediləcəyini bildirib.

Müzakirə olunacaq məsələlər təhlükəsizlik çağırışlarının layiqincə idarə edilməsinə xidmət göstərməlidir.

Gürcüstan və İran ətrafında baş verən proseslərin inkişafının Ermənistan üçün həyati əhəmiyyət daşıması, həmçinin bölgədəki gərginlik mühitinin artması Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə təsir etməklə ön xəttə müəyyən risklərin yaranmasına səbəb ola bilər.

Bildirilir ki, Gürcüstandakı proseslər siyasi xarakter daşıyır, Ermənistanın qonşu ölkəsi Gürcüstan və strateji tərəfdaşı Rusiya münasibətlərindəki gərginlik, İrəvandan tarazlaşdırılmış xarici siyasət həyata keçirilməsini tələb edir.

Rusiya prezidenti Vladimir Putin iyulun 8-də Rusiya və Ermənistan arasında aviauçuşların keçirilməsini qadağan edib.

Qeyd olunub ki, bu cür risklər mövcuddur. Əgər proseslər qeyri-qənaətbəxş inkişaf edər, Yuxarı Lars keçid məntəqəsi bağlanarsa, Ermənistan iqtisadiyyatının bundan irəli gələn nəticələrə görə, “axan damarı” kəsilə bilər”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yuxarı-Lars