3 ölkə Sülh naminə Hərbi Əməkdaşlığı davam etdirməyə razılaşıb

2018/05/4489868_1527677666.jpg
Oxunub: 2677     18:36     30 May 2018    
Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya regional sülh və stabillik naminə daimi hərbi əməkdaşlıq üzrə razılığa gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hər üç ölkənin Baş Qərargah rəisləri bu gün ABŞ-ın Havay adalarında bir araya gəlib.

Ordu rəhbərlərinin görüşündə ABŞ-ın Sakit okean Komandanlığının komandiri Fil Davidson və Cənubi Koreyadakı səfiri Harri Harris də iştirak edib.

ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford ABŞ-ın Cənubi Koreya və Yaponiyanın təhlükəsizliyi üçün üzərinə düşən öhdəliyini yerinə yetirəcəyinə bir daha əmin edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin