Hindistan və Pakistan atəşkəsə riayət etmək barədə razılığa gəlib

2018/05/456456_1527671292.jpg
Oxunub: 3864     17:54     30 May 2018    
Pakistan və Hindistan 2003-cü ildə imzalanan müqaviləyə uyğun olaraq atəşkəsin pozulmasının dayandırılması barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə tərəfləri təmsil edən hərbi nümayəndələrin 2016-cı ildən etibarən davam edən danışıqlarında razılıq əldə olunub.

Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər ərazi mübahisəsinə görə yetərincə gərgindir. Tərəflər Kəşmir ərazisinə iddialıdırlar və bu səbəbdən dəfələrlə aralarında hərbi münaqişələr yaranıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Hindistan   Atəşkəs  


Bizi "telegram"da izləyin